09
мая
2023
12:11
Pişiklər noutbukda oturmağı niyə xoşlayırlar?
Heyvanlar çox vaxt bizim diqqətimizi cəlb etməyə və ya hərəkətlərimizi təqlid etməyə çalışmırlar. Çünki onların daha fərqli planları olur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əsrlər boyu insanlar pişiklərlə yola getməyə, ev heyvanlarının bu və ya digər davranışının nə məna verdiyini təyin etməyə çalışır.
Bəzən biz onların diqqətinin incə hisslərin təzahürü olduğunu düşünməyi xoşlayırıq. Amma tədqiqatçılar bildirir ki, bu həmişə belə olmur. Çox vaxt pişiklər noutbuk üzərində yatmağı sevirlər. Demək olar bir çox ev sahibi bununla qarşılaşır. Bəs, onlar noutbukda oturmağı niyə bu qədər sevir?
25 ildən çox klinik təcrübəyə malik heyvan psixologiyası üzrə mütəxəssis David Sadsın fikrincə, pişiklərin bu şəkildə bizim davranışlarımızı təqlid etməyə çalışdığını güman etmək olar. Əvvəlki bir sıra araşdırmalar əslində bəzən ev heyvanlarımızın davranışlarımızı təqlid edə bildiyini göstərir. Amma təəssüf ki, bu dəfə belə deyil. Sands öz araşdırmasını aparıb və pişiklərin yazı yazmağı təqlid etməsinin çətin olduğu qənaətinə gəlib.
O, belə qənaətə gəlib ki, pişiklər qoxuya, daha dəqiq desək, mütəmadi olaraq üzərində buraxdığımız qoxuya cəlb olunur. Mütəxəssisə görə, biz bu incə qoxunu çətinliklə tuta bilirik. Amma ev heyvanları onu mütləq tanıyır. Yəni pişiklər bizim qoxumuza görə noutbukun üzərində uzanır.