Qorxunc olay! Ana süd verən zaman yuxuya getdi, körpə isə...
Hadisə 100

Qorxunc olay! Ana süd verən zaman yuxuya getdi, körpə isə...

Türkiyədə Muğlanın Bodrum bölgəsində suriyalı ana körpəsini əmizdirərkən yuxuya gedib.


BiG.AZ türk mediasına istinadın xəbər verir ki, Suriya əsilli Qadir B. 28 günlük körpəsi Əhməd Əbdülhəmidi əmizdirərkən yuxuya gedib. Nəfəs ala bilməyən körpə boğularkən, anası jandarma tərəfindən saxlanılıb.


Hadisə axşam saatlarında baş verib. Yuxudan ayılanda uşağının hərəkətsiz olduğunu anlayan qadın təşvişə düşüb və vəziyyəti həkimlərə bildirib. Xəbərdarlıq üzərinə ünvana göndərilən sağlamlıq qrupları, körpənin öldüyünü müəyyən edib.


Prokuror və jandarma hadisə yerində körpənin cansız bədənini müayinə etdikdən sonra ölümün dəqiq səbəbini müəyyən etmək üçün Muğla Ədliyyə Tibb Təşkilatının morquna aparılıb. Saxlanılan ana dindirilmək üçün jandarma bölməsinə aparılıb. Faktla bağlı istintaq hələ də davam edir.

Son xəbərlər