Brokoli salatı
Kulinariya 419

Brokoli salatı

Min bir faydası olan brokolidən ləzzətli salat resepti
Ərzaqlar
500 qram brokoli
3 ədəd soğan
2 ədəd kök
1 ədəd qırmızı bibər
1 stəkan bişmiş qarğıdalı
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı limon suyu
3 xörək qaşığı sirkə
1 çay qaşığı duz
Necə hazırlanır?
1. Çiçək-çiçək ayırdığınız brokolini və qabığını təmizlədiyiniz kökü qaynar suda 7-8 dəqiqə qaynadın.
2. Qaynadılmış tərəvəzlərinizi süzgəcin köməyi ilə çıxardın və soyumasını gözləyin.
3. İçərisini təmizlədiyiniz qırmızı bibəri yarım ay formasında doğrayın. Soğanları isə halqa formasında doğrayın.
4. Doğranmış və qaynadılmış bütün ərzaqları bir qaba töküb qarışdırın.
5. Sousu hazırlamaq üçün zeytun yağını, limon suyunu, sirkəni və duzu ayrı bir qabda çalın.
6. Sous hazır olduqdan sonra salatın üstünə əlavə edib, dərhal süfrəyə təqdim edin.
Qeyd: Tərəvəzlərinizi qaynatdıqdan sonra rənglərini itirməməsi üçün buzlu su dolu qabda 5 dəqiqə saxladıqdan sonra istifadə edin.
Nuş olsun!

Son xəbərlər