Paris-2024: Kanadanın Olimpiya millisinin baş məşqçisi işindən uzaqlaşdırılıb
İdman 10

Paris-2024: Kanadanın Olimpiya millisinin baş məşqçisi işindən uzaqlaşdırılıb

Qadın futbolçulardan ibarət Kanadanın Olimpiya millisinin baş məşqçisi Bev Pristman işindən uzaqlaşdırılıb.

Oxu.Az xəbər verir ki, buna Yeni Zelandiya yığmasının şikayəti səbəb olub.

Pristman Paris-2024 Yay Olimpiya Oyunlarında rəqiblərin məşqini dronla izləyib. Bunun sayəsində isə Yeni Zelandiyanı 2:1 hesabı ilə məğlub edib.

İşi araşdıran Kanadanın Olimpiya Komitəsi baş məşqçini casusluq ittihamı ilə işindən kənarlaşdırıb. Onu Fransa paytaxtında Endi Spens əvəzləyəcək.

Qeyd edək ki, bu gün start götürəcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.



Son xəbərlər