16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dəhşət! 12 yaşlı qızı 11 nəfər zorladı

Dəhşət! 12 yaşlı qızı 11 nəfər zorladı
Boliviyanın paytaxtı Laz Paza və Sucre şəhərləri arasında yerləşən Orura bölgəsində 12 yaşlı qız ailəsi ilə səhər erkən saatlarda mədəni tədbirə qatılıb.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, 11 nəfərdən ibarət qrup 12 yaşlı qızı spirtli içki içməyə məcbur edərək ailəsindən qaçırıb. Hadisə yerindən uzaq bir nöqtəyə aparılan qız 11 nəfər tərəfindən zorlanıb.
"Oruro rayon prokuroru Aldo Morales Alconini, 12 yaşlı kiçik qızın ağır şəkildə zorlanması aktını araşdırdığını açıqladı"-Boliviya əyalət prokurorluğunun gecə yaydığı bəyanatda deyilib.
Hadisəni araşdıran prokuror Alconini, 3 şübhəlinin tutulduğunu ifadə edərək, "Hücumla bağlı şikayəti aldıqdan sonra zərərçəkənin psixoloji vəziyyəti, şəxsiyyətini təsdiqləmə addımları və məhkəmə tibbi ekspertizası rəyi daxil olmaqla, müvafiq araşdırmaya başladıq. Cnayət əməlinin dəlilləri ilk üç şübhəlinin təsbitinə kömək etdi" sözlərini deyib.
Prokuror " Məsul şəxslərin tapılıb məsuliyyətə cəlb olunması üçün polislə koordinasiyalı şəkildə fəaliyyətimizi davam etdirəcəyik. Məhkəmə-tibbi ekspertizanın rəyi göstərir ki, qızın onurğasında aşınma izləri olub. Bu hadisənin cəzasız qalmaması üçün Məhkəmə Təhqiqat İnstitutundan və digərlərindən bizə lazım olacaq məlumatları və yardımları təhlil edirik. Biz məsul şəxslərin 30 il həbs cəzası almasını təmin etmək istəyirik".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница