İranın yaratdığı süni ajiotaj: "Ermənistanla Azərbaycanı toqquşdurmaq istəyirlər" - RƏY
Siyasət 189

İranın yaratdığı süni ajiotaj: "Ermənistanla Azərbaycanı toqquşdurmaq istəyirlər" - RƏY

“İran da Rusiya kimi Ermənistanla Azərbaycanı toqquşdurmaq istəyir”.


Bu fikri İranla Azərbaycan arasındakı gərginlik, rəsmi Tehranın Azərbaycana nota verməsi və bunun səbəblərinə toxunan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli baş verənləri İran tərəfindən yaradılmış süni ajiotaj adlandırıb:


“Səfirliyimizə qarşı törədilmiş terror aktından başqa Azərbaycanın İranla bağlı hansısa problemi yoxdur. Azərbaycan İranı təhdid etmir, ona barmaq silkələmir. İrana düşmən olan dövlətlərlə birgə sui-qəsd hazırlamır. İranın yeganə bəhanəsi İsraillə Azərbaycan arasında yaradılan diplomatik əlaqələrdir. Kimə deyilsə, bu səbəbə gülər.


Suveren dövlətin kimlə diplomatik əlaqələr yaradıb, kimlə yaratmaması öz hüququdur. Buna İran kimi geridə qalmış teokratik dövlətin göstəriş verməsi xüsusilə qəbuledilməzdir.


İranın məqsədi birinci növbədə daxildəki ayaqlanmaları, inqilabi prosesləri söndürməkdir. İkincisi isə, Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamasına maneçilik törətməkdir. İran da Rusiya kimi Ermənistanla Azərbaycanı toqquşdurmaq istəyir. Bölgədə Azərbaycanın artan nüfuzunu zəiflətmək istəyən İran sözün həqiqi mənasında kobud bir formada anti-Azərbaycan siyasəti həyata keçirir”.


Səxavət Məmməd

Son xəbərlər