22
декабря
2021
20:05
İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi açıldı
İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin açılış mərasimi olub.
“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, mərasimdə İran Avtomobil Yolları Nəqliyyatı və İstismar Agentliyinin Gömrük və Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti, Azərbaycanın Təbrizdəki baş konsulu Bünyad Hüseynov, Gürcüstanın Tehrandakı səfirliyinin mədəniyyət attaşesi Georg və Şərqi Azərbaycan valisi Abedin Hürrem iştirak edib.
Hidayəti bildirib ki, bu gün yeni marşrut üzrə ilk sınaq ekspedisiyası həyata keçirilib.
O qeyd edib ki, yeni nəqliyyat dəhlizi Cənub-Şərqi Asiya və Avropa bazarlarına çıxış yolları yaratmaq üçün tikilib. Baş direktor dəniz nəqliyyatında xərclərin üç dəfə artdığı üçün yeni fürsətin qiymətləndirilməsinin lazım olduğunu vurğulayıb.
Bünyad Hüseynov çıxış edərək deyib ki, İran-Azərbaycan-Gürcüstan dəhlizinin açılması üç qonşu ölkə, xüsusən də İranın sərhəd əyalətləri arasında iqtisadi və ticarət əlaqələrinin artmasına səbəb olacaq.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tvitter səhifəsində açıqlama verib. Bildirib ki, bu həftə yeni dəhlizin (İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa) fəaliyyətə başlayacağının şahidi olacağıq.