İlham Əliyevdən sensasion İran açıqlaması
Siyasət 1 280

İlham Əliyevdən sensasion İran açıqlaması

İlham Əliyevdən sensasion İran açıqlaması


Xarici KİV Azərbaycan prezidenti İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransındakı çıxışına diqqət yönəldib.

May.Az-in məlumatına görə, prezident Azərbaycanın təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah aldığını qeyd edib. Bu fikir region ölkələrin KİV-lərində böyük marağa səbəb olub və dövlət başçısının açıqlaması sensasiyon bəyanat kimi təqdim edilib.

Azərbaycan ilk dəfə rəsmi səviyyədə İranla hərbi sahədə əməkdaşlıq etdiyini açıqlayıb və silah aldığını bəyan edib. İ. Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri olduğunu və Rusiyanı strateji tərəfdaş hesab etdiklərini bildirib: "Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur".

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: "Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.

Son xəbərlər