Четверг
авг 02

Bakıda evdən 7000 manat və 6000 dollar oğurlandı

Bakıda evdən 7000 manat və 6000 dollar oğurlandı


Bakı şəhəri Nizami rayonunda evlərin birindən 7000 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən MAY.AZ-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata görə, oğurluqda şübhəli bilinən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qurbanovdur.

Комментарии (0)

Оставить комментарий