22
июля
2024
07:08
Rusiyada "çılpaq gecə" təşkilatçısının ölkədən çıxışına qadağa qoyuldu
Rusiyalı bloqer və aparıcı Anastasiya İvleyevaya Federal Vergi Xidmətinə borclarına görə ölkəni tərk etmək qadağan edilib.
Oxu.Az SHOT "Telegram" kanalına istinadən məlumat verir ki, hazırda qadının vergi orqanlarına 20.9 milyon rubl borcu var və məhkəmə icraçıları artıq onu axtarır.
Qeyd edək ki, bloqer həm də qalmaqallı "çılpaq gecə" ziyafətinin təşkilatçısı kimi ad çıxarıb. İyulun 18-də İvleyevanın keçən il aldığı "Lamborghini Urus" avtomobilinin üzərinə həbs qoyulub.