22
июля
2018
20:31
Daha bir ailə faciəsi: ondan iş tapıb çalışmasını istəyən atasını öldürdü, anasını isə yaraladı
Türkiyədə daha bir dəhşətli hadisə yaşanıb.
“Habertürk”ün yazdığına görə, oğul ondan iş tapıb çalışmasını istəyən atasını öldürüb, anasını isə yaralayıb.
İstanbulun Qaziosmanpaşa bölgəsində baş verən hadisəni valideynləri ilə birgə yaşayan 35 yaşlı Adnan K. törədib. O “artıq bir iş tapıb çalış, həyatını qur” deyən atası Hasan Kaleyə əsəbləşərək onu tapançası ilə vurarub öldürüb, onları ayırnağa çalışan anasını isə əlindən yaralayıb.
Polis tərəfindən tutulan cinayətkar əməlindən peşman olduğunu deyib: “Əvvəllər iş yerimiz vardı, maliyyə vəziyyətimiz çox yaxşı idi. İflas edəndən sonra ancaq atamın pensiyası ilə dolanmağa başladıq. Yaşadığımız bu duruma görə psixologiyam pozuldu, çox peşmanam”.(primetime)