Şakiranın adı 6 milyonluq qalmaqalda hallanır
Şou-biznes 86

Şakiranın adı 6 milyonluq qalmaqalda hallanır

Dünyaşöhrətli müğənni Şakira yenidən İspaniyada vergi fırıldaqçılığında şübhəli bilinir.
Bu barədə "Qafqazinfo" EFE agentliyinə istinadən xəbər verir.
İspaniya Prokurorluğu kolumbiyalı müğənnini 2018-ci ildə 6 milyon avrodan çox vergidən yayınmaqda şübhəli bilir. Mənbənin məlumatına görə, dövlət strukturları ulduzun ofşor zonalarda yerləşən şəbəkədən istifadə edərək maxinasiyalar etdiyini güman edir.
Xatırladaq ki, hələ 2022-ci ilin yayında İspaniya Prokurorluğu Şakiraya səkkiz il iki ay həbs cəzası verilməsini, həmçinin müğənnidən vergi ödəmədiyinə görə 23 milyon avro cərimə tutulmasını tələb etmişdi. Eyni zamanda, müğənni iddia edir ki, onun İspaniya hakimiyyətinə heç bir borcu yoxdur.
Şakira hesab edir ki, İspaniya Prokurorluğu ona qarşı böhtan kampaniyası aparıb və onun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub. Müğənni iddia edir ki, 2012-2014-cü illərdə İspaniyanın vergi rezidenti olmayıb. Belə ki, o bu müddət ərzində 14 milyon dollardan çox vergi ödəməməkdə günahlandırılır. Şakiranın sözlərinə görə, o, yalnız 2015-ci ildə vergi rezidenti statusu alıb.

Oxşar xəbərlər

Son xəbərlər