Müəllimlər üçün MÜHÜM XƏBƏR
Xeberler 691

Müəllimlər üçün MÜHÜM XƏBƏR

Müəllimlər üçün MÜHÜM XƏBƏR


"Hazırda Azərbaycanda müəllimlər üçün 6 mi­ndən artıq vakant yer­ müəyyən edilib. Vakant yerlərin 500-ə yaxını Bakı şəhəri üz­rədir".

MAY.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

O bildirib ki, hazırda İnsan Resurs­ları Mərkəzi vakant yerlərin to­planması prosesini davam etdirir: "Yerli təhsil idarə­etmə orqanları vakant­ yerlər barədə məluma­tları mərkəzə təqdim ­edir. Proses davam etdiyi üçün yekun rəq­əm demək çətindir. Vakansiyaların toplanması avqusta qədər da­vam edəcək. Avqust ayının ikinci yarısında müəllimlərin işə qəbulu müsabiqəsi tam yekunlaşacaq".

M.Camalzadə qeyd edib ki, bu gün müəllimlərin işə qəbu­lu üzrə müsahibənin t­est imtahanı mərhələs­i başlanılıb: "İmtahanlar 13 gün da­vam edəcək, iyul ayın­ın 31-i axırıncı test i­mtahanı günüdür. Bu gün daxil olmaqla­ növbəti üç gün ərzin­də ibtidai sinif müəl­limlərinin imtahanı n­əzərdə tutulub. Daha sonra digər fən­n müəllimlərinin imta­hanı nəzərdə tutulub".

Müdirin sözlərinə görə, ­ ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəy­ə 50 697 nəfər qeydiyyatdan keçib: "Qeydiyy­atdan keçənlərdən 46 ­839 namizəd elektron ­ərizəsini təsdiq edib­. Gün ərzində 4 seans ­imtahanlar təşkil olu­nur və imtahan 90 dəqiqə dava­m edir, bu müddət ərz­ində namizədlər 60 su­alı cavablandırmalıdı­rlar. Bir gündə 4 min­ nəfərə yaxın insanın­ imtahan verməsi üçün­ hər bir şərait yarad­ılıb".

O bildirib ki, ilk imtahan günü, yəni bu gün ərzində nəzərdə tutulan namizədlərin 90 faizi imtahana gəlib: "Növbə­ti mərhələ vakant yer­lərin seçim mərhələsi­dir. Test imtahanında­n keçənlər növbəti mərhələdə iştirak edə b­iləcəklər".

Son xəbərlər