Çox asan hazırlanan dadlı peçenye resepti
Kulinariya 0

Çox asan hazırlanan dadlı peçenye resepti

Dadlı və sağlam yulaf peçenyelərinə yeganə alternativ kokos peçenyesidir. Bu peçenyeler mağazada satılan hazır kokos lopalarından hazırlana və ya istəsəniz özünüz də edə bilərsiniz.

Milli.Az lent.az-a istinadən çox dadlı olan kokos peçenyelərinin hazırlanma qaydasını təqdim edir: 

Lazım olan ərzaqlar: 

Kokos qırıntıları - 40 qram

Un - 350 qram

Yumurta - 1 ədəd;

Şəkər tozu - 3 yemək qaşığı;

Kərə yağı - 100 qram

1 paket vanil və bir çimdik duz;

Qabartma tozu - 1 çay qaşığı.

1. Dərin bir qabda yumurtaları şəkər tozu, duz və vanil əlavə edərək çalın.

2. Unu qabartma tozu ilə qarışdırın və ərinmiş kərə yağı tökün. Daha sonra yumurtalı qarışığa əlavə edin.

3. Sonra kokos ləpələrini əlavə edərək qarışdırın. Üzərini falqa ilə örtün və xəmiri 20 dəqiqə soyuducuda saxlayın.

4. Sonda peçenyeləri düzəldirik və yağlı kağız örtülmüş qaba qoyuruq. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişiririk.

Nuş olsun!



Son xəbərlər