FHN Şəkidəki vəziyyətlə bağlı aşıqlama yaydı
Xeberler 883

FHN Şəkidəki vəziyyətlə bağlı aşıqlama yaydı

FHN Şəkidəki vəziyyətlə bağlı aşıqlama yaydı


Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb.

May.Az xəbər verir ki, iyulun 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün hadisə yerinə cəlb olunub. Bu gün 35 nəfər Nazirliyin qüvvələri tərəfindən təxliyyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.

Son xəbərlər