Çinin aparıcı elektromobil istehsalçısı BYD şirkəti "Honda" və "Nissan"ı qabaqlayıb
Çinin aparıcı elektromobil istehsalçısı BYD (Build Your Dreams) şirkəti 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə Yaponiyanın "Honda Motor" və "Nissan Motor" korporasiyalarını geridə qoyub və dünya sıralamasında yeddinci yerdə qərarlaşıb.
Oxu.Az Yaponiyanın nüfuzlu iqtisadi qəzeti "Nikkei"ə istinadən xəbər verir ki, sözügedən göstərici üzrə şirkət ötən ilin eyni dövrü ilə müqayisədə satışlarını 40 faiz artıb.
Eyni zamanda, reytinqdə ilk beş yerdə qərarlaşan şirkətlərin qlobal satışlarında azalma müşahidə edilib.
Belə ki, siyahıda birinci olan Yaponiyanın "Toyota Motor" şirkəti üçün ötən ilin ikinci rübü ilə müqayisədə satış dörd faizə qədər azalıb. İkinci yerdə olan "Volkswagen"də həmin göstərici dörd, Cənubi Koreyanın "Hyundai-KIA" şirkətində isə bir faiz azalıb.