Beyni belə bitişik olan siam əkizləri 23 saatlıq əməliyyatla ayrıldı
Xeberler 410

Beyni belə bitişik olan siam əkizləri 23 saatlıq əməliyyatla ayrıldı

Rio-de-Janeyrodakı Paulo Nimeyer Neyrocərrahiyyə İnstitutunun (IEC) alimləri virtual reallıqdan istifadə edərək siam əkizləri Artar və Bernandonu ayırıblar.
Bunun üçün 100 nəfərlik tibbi qrup lazım olub.
Əməliyyat 23 saat çəkib.
Müdaxilədə iştirak edən cərrahlar bildiriblər ki, bu, onların bütün peşə həyatında ən çətin prosedurdur.
Əkizlərin birləşmiş kəllə sümüyü, beynin bir hissəsi, həmçinin ümumi həyati arteriyaları olub.
Əməliyyatın son mərhələsi virtual reallıqda baş tutub: Mütəxəssislər oğlanların kəllə sümüyünün kompüter modelini yaradıb və onunla manipulyasiya etməyi öyrəniblər.
Hazırda xəstələr sağalır. Hələlik uşaqlarda nitq çətinlikləri müşahidə olunur./medicina.az

Son xəbərlər