Taylandın ilk meymunçiçəyi xəstəsi Kambocaya qaçdı
Xeberler 243

Taylandın ilk meymunçiçəyi xəstəsi Kambocaya qaçdı

Taylandın Puket şəhərində bir nigeriyalı səhhətilə əlaqədar xəstəxanaya müraciət edib.
Verdiyi testlər nəticəsində meymunçiçəyi virusuna yoluxduğu aşkarlanan kişi yenidən xəstəxanaya çağırılaraq ona karantinə alınmalı olduğu bildirilib.
Xəstə telefonlarını söndürərək qaldığı yeri tərk edib.
Təxminən bir həftə davam edən intensiv təqib nəticəsində onun Kambocaya qaçdığı təsbit edilib.
Nigeriyalı paytaxt Pnom Pendə tutularaq xəstəxanaya yerləşdirilib.
O, hər iki ölkədə ilk meymunçiçəyinə yoluxma halı kimi qeydə alınıb.(oxu.az)

Son xəbərlər