06
мая
2017
11:51
Göygöldə yeni doğulan körpə ölüb
Göygöldə yeni doğulan körpə ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Göygöl rayonu, Çaykənd kənd sakini, 1988-ci il təvəllüdlü Rüsalə Hacıxanovanın dünyaya gətirdiyi oğlan uşağı ölüb. Məlumata görə, bu, R.Hacıxanovanın ikinci doğuşu olub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.