Həbsdə olan Engin Dilana telefon istifadə etməyi qadağan etdi
Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılan Dilan Polat həbsdə olan həyat yoldaşı Engin Polatı ziyarət edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən Dilan Polatın xarici çıxışına qadağa qoyulub. Uşaqları və bacısı ilə birlikdə Dilan Polatla və Engin Polatın görüşü 1 saat çəkib.
Yerli mətbuatın əldə etdiyi məlumata görə, Engin Polat yoldaşına müəyyən qadağalar qoyub:
"Telefon istifadə etməyəcəksən. Eyni zamanda sosial şəbəkələrdə paylaşımlar etməyəcək və hər hansı bir şey danışmayacaqsan. Mediaya açıqlamalar vermək olmaz".
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.