"Anar Nağılbazın ölümünə görə mən məsuliyyət daşımıram" – Qadir İbrahimli
Xeberler 718

Xəbər verdiyimiz kimi məşur reper Anar Nağılbaz bu gün axşam saatlarında dünyasını dəyişib.

Reperin ölümü ciddi müzakirələrə səbəb olub. Belə ki, bir qism insan repertin ölümündə hamının günahkar olduğunu, cəmiyyətin onu ölümə sürüklədiyini yazıb. Bu isə iqtisadçı-ekspert Qadir İbrahimlini özündən çıxardıb.

O öz şəxsi səhifəsində məsələ ilə bağlı münasibət bildirərkən reperin ölümündə məsuliyyət daşımadığını bildirib:

"Anar Nağılbaz dünyasını dəyişib, Allah rəhmət eləsin.
Ancaq yazırlar ki, Anarı bu cəmiyyət öldürdü-filan…
Rep-zad həvəskərarı deyiləm. Anar da sevdiyim sənətçi deyil. Ancaq niyə cəmiyyət günahkar çıxardırlar? Adam öz ömrünü yaşayıb və ölüb! Şəxsən mən heç kimin ölümünə məsuliyyət daşımıram, sabah mən ölsəm də (yəni öldürməsələr) heç kim məsuliyyət daşımayacaq, pafos düyməsindən az istifadə edin!
Bir daha Allah rəhmət eləsin!".

bizimyol.info

Son xəbərlər