Четверг
фев 24

Yol Polisi sürücülərə müraciət etdi

Bu axşam Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu "Qarabağ" - "Marsel" matçını izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.
BiG.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb:
"Qarabağ" və "Marsel" komandalarının oyununa gələcək və həmin ərazidən istifadə edəcək şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur. Azarkeşlərdən stadiona yaxın Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük verilməsi arzuolunandır".
Qeyd edək ki, UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Marsel" oyunu bu axşam saat 21:45-də Tofiq Bəhramov adına stadionda start götürəcək.

Комментарии (0)

Оставить комментарий