Ərini məhkəməyə verdi - 20 yaşlı qıza təcavüz etdiyi üçün
Hadisə 737

Ərini məhkəməyə verdi - 20 yaşlı qıza təcavüz etdiyi üçün

Ərini məhkəməyə verdi - 20 yaşlı qıza təcavüz etdiyi üçün


Türkiyədə həyat yoldaşının 20 yaşlı bir qıza təcavüz etdiyini eşidən qadın məhkəməyə müraciət edib və təzminat tələb edib.

MAY.AZ unikal.org-a istinadən xəbər verir ki, Murat D.-nin 20 yaşlı bir gənc qıza təcavüz etdiyini öyrənən Kübra D. 1 milyon 100 min lirəlik təzminatla boşanmaq üçün məhkəməyə baş vurub.

Amma qadın daha sonra boşanma prosesinin uzandığını görüb təzminatdan imtina edib. Kübra.D sadəcə boşanmaq istədiyini söyləyib.

Bildirilir ki, Kübra D. və Murat D. 2014-cü ildə ailə qurub. Cütlüyün turizm şirkəti var.

Ailə qurduqdan sonra Murat D. Muğla rayonunda 20 yaşlı Macarıstan əsilli R.S. adlı qıza təcavüz etdiyi iddiasıyla 13 il 9 ay azadlıqdan məhrum edilib. Bunu bilən gənc qadın əri ilə bağlı araşdırmaya başlayıb.

Kübra ərinin iki fərqli əcnəbi qadından iki uşağının da olduğunu öyrənib.

Sonda məhkəmə qarşılıqlı heç bir tələbi olmayan cütlüyün boşanmağına qərar verib.

Son xəbərlər