13
августа
2016
13:10
Hava xəbərdarlığı: temperatur aşağı enəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, avqustun 14-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 25-30 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir.
Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Xəbərdarlıq - avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.