Суббота
окт 30

Şəmkirdə münaqişə zamanı havaya atəş açan şəxs tutulub

Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi aşkar edilərək götürülüb, araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий