16 il həbsxana həyatı yaşayan şəxs yenidən cinayət törətdi
Hadisə 707

16 il həbsxana həyatı yaşayan şəxs yenidən cinayət törətdi

16 il həbsxana həyatı yaşayan şəxs yenidən cinayət törətdi



Qubada bıçaqlanma hadisəsi baş verib.

MAY.AZ Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş yara ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunan Firudin İskəndərov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər