16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Erməni ifaçının mənimsədiyi "Qarabağ" mahnısı onun rəsmi "YouTube" kanalından silindi

Erməni ifaçının mənimsədiyi "Qarabağ" mahnısı onun rəsmi "YouTube" kanalından silindi

Son günlər mediada sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının sözləri Qor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında "Sirun jan" adı altında "Armenian folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "YouTube" platformasında yerləşdirilib. Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayıb.

Oxu.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq aşağıdakıları bildirir:

"Qor Yepremyanın ifa etdiyi "Sirun jan" adlı mahnının "YouTube" platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun "YouTube" administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından "YouTube" və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən "YouTube"a göndərilməsində texniki yardım göstərilib.

Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi "YouTube" səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş "Sirun jan" adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən "YouTube" rəhbərliyi tərəfindən silinib




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница