Türkiyədə, İstanbul Atatürk hava limanında terror oldu
İnformasiya qaynaqları Atatürk Hava Limanında törədilən terror aktında ölən və yaralananların sayının yüzü keçdiyini bildirirlər.
İRNA-nın məlumatına görə, İstanbul valisi Vasif Şahin çərşənbə axşamı Atatürk Hava Limanında törədilən terror aktında 32 nəfərin həyatını itirdiyini, 88 nəfərin isə yaralandığını bildirib. Yaralılar arasında vəziyyəti ağır olanlar var.
İstanbul valisinin dediyinə görə, araşdırmaların ilkin nəticələrinə görə, İstanbulun Atatürk Hava Limanında 3 ayrı nöqtədə 3 partlayış törədilib.
Türkiyə polisi isə Atatürk Hava Limanında partlayış törədən 4 terrorçunun qaçmağa nail olduğunu bildirib.
Türkiyə mediasının bildirdiyinə görə, çərşənbə axşamı Atatürk Hava Limanında eşidilən güllə səslərinin ardınca xarici uçuşlar bölməsində partlayış törədilib.
Türkiyə baş naziri Binəli Yıldırım daxili işlər naziri Əfkan Ala və İstanbul valisi ilə telefon əlaqəsi saxlayaraq, Atatürk Hava Limanında baş vermiş qanlı terror haqqında danışıb.
Türkiyə rəsmiləri Atatürk Hava Limanında baş vermiş qanlı terror aktının İŞİD tərəfindən törədildiyini bildirirlər.