16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yas mərasimləri və qadağalarla bağlı YENİ AÇIQLAMA

Yas mərasimləri və qadağalarla bağlı YENİ AÇIQLAMA
"Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur. Lakin pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər bu gün də qüvvədədir".
MAY.AZ xəbər verir ki, bunu "oxu.az"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.
O, bütün dünyada kütləvi tədbirlərə məhdudiyyətlərin qoyulmasına diqqət çəkib:
"Dünya ölkələrində olduğu kimi Azərbaycanda da qlobal problemlərdən biri koronavirus pandemiyasıdır. Artıq iki ilə yaxındır ölkədə pandemiya ilə bağlı ciddi mübarizə tədbirləri görülür. Bu səbəbdən kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər var".
Böyük kütləviliyi ilə seçilən, sosial məsafənin təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница