16
октября
2021
17:34
İlham Əliyevin sərəncamı 1,8 milyon vətəndaşı sevindirəcək: Maaş və pensiya artımı!
Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılacaq.
İlham Əliyevin sərəncamı ilə sosial ödənişlərdə ciddi artımlar təmin ediləcək.
Bu sərəncam 1 milyon 800 min nəfərədək vətəndaşının rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək.(oxu.az)