28
декабря
2020
03:36
60 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
Rusiya Səhiyyə Nazirliyi 60 yaşdan yuxarı şəxslərə 28 dekabrdan COVID-19 vaksininin vurulmağa başlanacağını açıqlayıb.
Rusiyanın bütün bölgələrində səhiyyə işçilərinin, müəllim və hərbçilərin peyvənd olunması ilə yanaşı, 18-60 yaş qrupundakı insanlara da vaksin tətbiq olunmağa davam edir.
Səhiyyə naziri Mixail Muraşko sabahdan etibarən "Sputnik V" peyvəndinin 60 yaşdan yuxarı insanlara tətbiq ediləcəyini və klinik sınaqlarda vaksinin təsir dərəcəsinin bu yaş qrupundan olan şəxslərdə 90 faizdən çox olduğunu bildirib.(Publika.az)