20
апреля
2020
12:48
"Mayın 4-dən sonra metro işləyəcəkmi?"- AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 4-nə kimi uzadılıb. Mayın 4-dən sonra metro fəaliyyətini bərpa edəcəkmi?
Bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteninin" mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı hələlik heç nə məlum deyil: "Metronun fəaliyyətini bərpa etməsi birbaşa Nazirlər Kabineti və onun yanında yaradılmış Operativ Qərargahın səaliyyətindədir. Biz Operativ Qərərgahla sıx əlaqədə işləyirik. Hələlik metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Operativ Qərargah tərəfindən heç bir qərar verilməyib".