TƏBİB-dən koronavirusla bağlı nikbin AÇIQLAMA
Xeberler 528

TƏBİB-dən koronavirusla bağlı nikbin AÇIQLAMA

TƏBİB-dən koronavirusla bağlı nikbin AÇIQLAMA


Azərbaycanda koronavirusa görə itkilərin sayı çox-çox az olub.

MAY.AZ Trend-ə istinadla xəbər verir ki, bunu TƏBİB-in İşçi qrupunun rəhbəri Vasif Əliyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda pandemiya ilə əlaqədar ölkədə kifayət qədər çarpayı fondu var:

"Ötən müddətdə peşəkar həkim kollektivimiz formalaşdı. Bütün bunlar kompleks işlərdir və bir-biri ilə bağlıdır. Dövlət tərəfindən laborator binaların və orada xidmətin təşkili, xəstəxanalarda müayinə-müalicə xidmətinin təşkili, kadr çatışmazlığının həlli - bütün bu qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan dövləti, səhiyyəsi xalqa lazımi tibbi xidməti göstərdi və bu xidmətin göstərilməsini davam etdirir”.

Son xəbərlər