Siqaret çəkdiyinə görə palata yoldaşını öldürdü
Hadisə 816

Siqaret çəkdiyinə görə palata yoldaşını öldürdü

Siqaret çəkdiyinə görə palata yoldaşını öldürdü


Rusiyanın Saxalin vilayətində 64 yaşlı rusiyalıya qarşı səhlənkarlıq nəticəsində ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Rusiya İstintaq İdarəsinin bölgə üzrə idarəsinin saytında məlumat verilib.

İstintaqın versiyasına görə, şübhəli şəxs Korsakov şəhərindəki regional xəstəxanada müalicə olunub. Yanaşı otaqda 58 yaşlı yerli sakin xəstəxana tualetində siqaret çəkib. Şübhəli dəfələrlə ona bu barədə xəbərdarlıq etsə də, kişi bunlara reaksiya verməyib.

İyulun 17-də axşam saatlarında onların arasında növbəti dəfə eyni səbəbdən münaqişə baş verib, nəticədə, şübhəli zərərçəkmişin üzünə zərbə vurub və sonuncu yerə yıxılıb. Həmin şəxs üç gün sonra ölüb.

Hazırda faktla bağlı araşdırma davam edir.(oxu)

Son xəbərlər