Bakıda avtobusda sürücü əyləci basdı: 18 yaşlı qız kəllə-beyin travması aldı
Hadisə 422

Bakıda avtobusda sürücü əyləci basdı: 18 yaşlı qız kəllə-beyin travması aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
MAY.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbəsində 2003-cü il təvəllüdlü Katibi Nəzrin Rasim qızı sərnişin avtobusunda ağır xəsarət alıb. Buna səbəb isə avtobusu idarə edən sürücünün qəfil əyləci basması olub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Fakt araşdırılır.

Son xəbərlər