Xain insanlara aid statuslar
Xain insanlara aid statuslar tez-tez qarşımıza çıxır. Atalar sözlər və məsəllərlə yanaşı, dahilərin, yazıçı və şairlərin, eyni zamanda məşhur şəxslərin də bu mövzularla bağlı fikirləri olur ki, onlar status formasın salınaraq saytlara, bloglara və eyni zamanda sosial şəbəkələrdə olan səhifələrə yerləşdirilir. Xain insanlara aid statuslar ilə maraqlanan hər kəs burada tanış ola bilər.
Riyakar adamların
qiyafəti işıq, məzmunu kölgədir.
Riyakarlıq zəiflərin silahıdır.
Simasızlıq əslində simaların çoxluğundan irəli gəlir.
Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir
Hiylə və xəyanət zəif adamlara xas olan əməldir.
Xəyanət edənin cinsi nə olursa olsun, mədən i halı:
Şərəfsizdir.
Danışdığın qədər şərəfli olsaydı hisslərin; Şərəfini iki qəpiklik etməzdi seçimlərin!
Bir dəfə xəyanət edən həmişə edər.
Xain xəyanətinin cəzasını mütləq çəkər.
Ən güvəndiyim insanlardan öyrəndim – heç kimə güvənməməyi!
Səndə sədaqətdən başqa bir itin bütün xüsusiyyətləri var.
Bir dəfə yalanını anladığın insanın, min dəfə doğrusunu sorğulayarsan..
Xainlər ilk növbədə özlərinə xəyanət edirlər.
Özgəsinin sirrini demək satqınlıq, öz sirrini açmaq isə axmaqlıqdır.
Hər dəfə xəyanət edənlər var ki, artıq xəyanət xarakterlərinin bir parçasına çevrilib!
Düşüncəsi dərin olan insanlar, sənə əlvida deyərək ayrılıb gedər. Düşüncəsi dayaz olan insanlar isə, sənə xəyanət edərək gedər!
Həyatın öyrətdiyi 3 qanun:
1. Yalan danışandan dost,
2. Xəyanət edəndən sevgili,
3. İmansızdan dindar olmaz.
Insanlar Zamanla Dəyişməz Zaman Onların Əslində Kim Olduqlarını göstərər.
Kölgəyə girənin оlmaz kölgəsi,
Оlsa da çörəyi, оlmaz süfrəsi.
Arslanların saymazlığı şikarı tülkülərə qapdırar.
Bəd əməllərin kökü bəd fikirlərdir.
Ehtiyacı olanlara ən böyük pisliyi yardım görüntüsü yaradanlar edir; onlar gerçək yardımların qarşısını almış olurlar.
Günahlar artdıqca həya azalır.
Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir.
Ləyaqəti satmaqla varlanmaq olmaz.
Ləyaqətli adamlar – yaxşılığı,
naqislər isə – pisliyi unutmurlar.
Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik.
Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır.
Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.
Təmiz qalmaq üçün heç bir işə qatışmayan adam unudur ki, o ən azı zəmanənin öz çirkabına bulaşmış haldadır.
Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınır.
Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar.