07
июня
2020
17:00
Azərbaycanlı polisi "tok" vurub öldürdü
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) ekspert-kriminalisti, polis mayoru 39 yaşlı Sahib Heydərov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bir neçə gün bundan öncə Tbilisidə qaz doldurma məntəqəsində baş vermiş partlayışı araşdırmaq üçün gedən, Marneulidən olan mütəxəssis krimonoloqu hadisə yerində elektrik cərəyanı vurub. Hadisədən sonra həmin şəxs komaya düşüb.
Daxil İşlər Nazirliyindən verilən məlumata əsasən sözügedən şəxs bu gün dünyasını dəyişib.
Xatırladaq ki, qaz doldurma məntəqəsində mütəxəssis krimonoloqu elektrik cərəyanı 3 iyun tarixində vuraraq komaya salmışdır.(publika)