Öskürdü - 10 qabırğası QIRILDI
Həyat tərzi 726

Öskürdü - 10 qabırğası QIRILDI

Öskürdü - 10 qabırğası QIRILDI


Çinin Şjetsyan əyalətinin sakini öskürək nəticəsində on qabırğasını sındıraraq xəstəxanaya yerləşdirilib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Belə ki, 20 yaşlı qadın gecə öskürəklərindən əziyyət çəkib. Xəstəxanaya getdikdən sonra ona astma diaqnozu qoyulub və qadın inhalyatorla evə buraxılıb. Buna baxmayaraq, öskürək getdikcə artıb. Bir neçə gün sonra o, sinəsinin sol tərəfindəki şiddətli ağrıdan oyananıb.

Rentgen müayinəsi öskürək zamanı on qabırğasının sındırdığını göstərib. Məlum olub ki, onun yaşına görə sümükləri çox zəifdir. Buna səbəb D vitamini çatışmazlığı və qanda kalsium və fosforun çox aşağı səviyyədə olması olub.

Sən demə, dərisinin ağ olmasını arzulayan qadın daha az küçəyə çıxmağa çalışıb və il boyu ultrabənövşəyi şüaların qarşısını alan kremdən istifadə edib. D vitaminin çatışmazlığı da elə bu səbəbdən yaranıb.

Natəvan Baxşiyeva

Oxşar xəbərlər

Son xəbərlər