Воскресенье
май 07

Avropanın ən populyar brauzeri hansıdır?

Xeberler.az portalı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, şirkətin tədqiqatlarına görə 2011-ci ilin əvvəlində Firefox brauzerinin (38,1%) Avropa bazarında payı Internet Explorer-dən (37,5%) çoxdur.
Mütəxəssislər bildirirlər ki, əslində Firefox-un mövqeyində heç bir dəyişiklik baş verməyib. Sadəcə, reytinqdə üçüncü yeri tutan Google Chrome, brauzer bazarında mövqeyini bir qədər möhkəmlədib, bu da öz növbəsində Internet Explorer brauzerinin reytinqdəki mövqeyinə ciddi təsir göstərib. Son nəticələrə görə Google Chrome (5,06%-dən 14,58%-ə kimi) brauzerinin bir il ərzində populyarlığı artıb.
Qeyd edək ki, Şimali Amerikada Internet Explorer (48,92%) brauzer bazarının lideri olaraq qalır. Firefox (26,7%) və Chrome (12,82 %) müvafiq olaraq, öz aralarında ikinci-üçüncü yerləri bölüşdürürlər. Net Applications analitik şirkətinin dünya üzrə tərtib etdiyi reytinq cədvəlinə Internet Explorer (57,1) brauzeri başçılıq edir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Firefox (22,8%) və Chrome (9,98%) brauzerləri tuturlar.

Комментарии (0)

Оставить комментарий