29
марта
2020
21:28
BŞBPİ rəsmisi sürücülərə müraciət etdi
“Biz tövsiyə edirik ki, vətəndaşlar vacib işləri olmadıqca şəxsi avtomobilləri ilə çox hərəkət etməsinlər. Koronavirusla mübarizənin yollarından biri də evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.
O bildirib ki, lüzumsuz, rayon qeydiyyatlı nəqliyyat vasitələri idarə edilməməlidir:
“Biz hər maşın sürənin cərimə olunacağını demirik. Çağırış və tövsiyə edirik ki, zərurət olmadan sürücülər evdən çıxmasınlar".