05
сентября
2016
16:57
Hacıbala Abutalıbov parkomatların rəisini işdən qovdu - ŞİKAYƏTLƏR ÇOXALIB
Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev tutduğu vəzifədən azad edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün sərəncam verib. Həsən Abdullayevin işdən çıxarılmasına səbəb kimi onun Bakının bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilir.
Qeyd edək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və "Azəravtoyol" ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırıb. Hətta, DYP və "Azəravtoyol" ASC Bakıda onlarla parkomatın yığışdırılmasına və parkinqin ləğv edilməsinə nail olub. Bununla bağlı şikayətlərin sayı artdığı üçün Hacıbala Abutalıbov XTAİ-nin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırıb.