19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

“Evə qadınlar gətirib, xanımını seksə məcbur edirmiş”

“Evə qadınlar gətirib, xanımını seksə məcbur edirmiş”
“Evə qadınlar gətirib, xanımını seksə məcbur edirmiş”


Sumqayıtda 3 uşaq anası həyat yoldaşının seksual zorakılıqlarına dözə bilməyib və evdən qaçıb. Bu barədə Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, qadın birliyə pərişan halda daxil olub: “Bədəni gömgöy, üzü-gözü cırıq-cırıq idi. Qarnında bıçaq izləri var idi. Əri onu bütün günü döyürmüş. Gecələr də işgəncə ilə seksual tələblərini həyata keçirirmiş. Qadının qarnında bıçaq yarası var, deyir ki, əri onu cinsi münasibətdə olmağa məcbur edirmiş. Qadın da razı olmayanda onu hədələyirmiş, bıçaqla xəsarətlər yetirirmiş”. M. Zeynalovanın sözlərinə görə, birliyə sığınan qadının əri evə özü ilə başqa qadınlar da gətirirmiş: “Evə eyni vaxtda bir neçə qadınla gəlirmiş. Arvadı etiraz edəndə də deyirmiş ki, öz evimdir, kimi istəsəm gətirəcəm”. Məlumata görə, qadın döyülmüş vəziyyətdə Sumqayıt polisinə üz tutub: “Ona bildiriblər ki, cinayət işinin qaldırılması üçün ekspertiza rəyi lazımdır. Amma qadın çarşabda olduğu üçün ekspertizadan imtina edib. Buna görə də kişi cəzasız qalıb. Yeganə istəyi o kişidən boşanmaqdır”. Birlik sədri deyir ki, qadın evdən qaçarkən uşaqlardan birini özü ilə götürə bilib. Məsələnin Sumqayıt şəhər Prokurorluğunda araşdırılacağı bildirilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница