Четверг
ноя 07

Elektron uşaq beşikləri 73 körpənin ölümünə səbəb olub– Körpələr boğulub ölür

Elektron uşaq beşikləri 73 körpənin ölümünə səbəb olub– Körpələr boğulub ölür


ABŞ-ın istehlakçı mallarının təhlükəsizliyi üzrə komissiyanın ekspertləri son model, avtomatik (elektron) yelləyən uşaq beşiklərinin yenidoğulmuşlar üçün çox təhlükəli olduğunu bildirib və bu vaxta kimi 73 körpənin ölümünə səbəb olduğunu qeydə alıb.

Medicina.az xəbər verir ki, avtomatik beşiklərin səthi hamar deyil, uşağın bədəni onun içində düz bucaq altında olur, ona görə onun çevrilib, üzü üstə qalıb boğulması riski çoxdur.

Bu il Fister-Price şirkətinin 4,6 milyon ədəd beşiyi satışdan geri çağrılıb. Sübut olunub ki, məhz bu beşiklər minimum 32 körpənin ölümünə səbəb olub.
ABŞ Eddie Bauer və Disney beşiklərinin də geri çağrılmasını tələb edib. Eləcə də istehlakçılar aldıqları bu beşikləri geri qaytarıb, çəkilən xərci tələb edə bilər.

Bu gün Mattel firmasına qarşı 2 məhkəmə iddiası var. Onlar körpənin bu beşikdə yatması zamanı travma alması və ölməsinda günahlandırılır.
Ekspertlər yenidoğulmuşu düz, geniş hamar səth üzərinə qoyulmasını məsləhət görür. 10 dərəcə bucaqda əyilmə uşaq üçün təhlükəlidir.

Bu beşiklər qəfil boğulmadan körpə ölümləri riskini artırır.

Комментарии (0)

Оставить комментарий