» » DİQQƏT: Rezidenturaya seçimin SON GÜNÜDÜR

DİQQƏT: Rezidenturaya seçimin SON GÜNÜDÜR


DİQQƏT: Rezidenturaya seçimin SON GÜNÜDÜR



Rezidenturaya ixtisas seçimi bu gün başa çatacaq.

Bu barədə BiG.AZ -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, namizədlər müsabiqədə iştirak üçün eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Qeyd edək ki, rezidenturaya ixtisas seçimi iyulun 16-dan başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Xeberler Oxunub: 565 Tarix: 22-07-2019, 13:15
Xəbər mənbələrimiz
İstifadeci paneli
Youtube səhifemiz
Vkantakte- biz
Reklam
Saygaclar
inwap.az Яндекс.Метрика MobTop.az