Пятница
июн 10

Hər 10 qadından birində bu xəstəlik var - Bunu bilməlisiniz

2 milyon qadında müşahidə edilən endometrioz hal-hazırda daha çox yayılmaqdadır.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Acıbadem Universiteti Tibb fakültəsi qadın xəstəlikləri və doğum bölümü başçısı və Ginekoloji Onkologiya Mütəxəssisi Prof. Dr. Mete Güngör verdiyi açıqlamada reproduktiv yaşda olan hər 10 qadından birinin qapısını döyən endometrioz xəstəliyi ilə bağlı bilinməsi lazım olan məqamı açıqlayaraq, mühüm xəbərdarlıq və təkliflər verib.
Onun sözlərinə görə, uşaqlığın daxili divarını örtən toxumanın uşaqlıq yolundan kənarda olması olaraq təyin olunan endometrioz bəzi xəstələrdə heç bir əlamət olmadan irəliləyir.
Əksər xəstələrdə xüsusilə menstruasiya zamanı şiddətli ağrı, həddindən artıq qanaxma və ağrılı əlaqəyə səbəb olur.
Həkim bildirib ki, endometrioz – normada yalnız uşaqlığın selikli qişasında olan toxumanın bu orqanın digər qişalarında və uşaqlıqdan kənar digər orqanlarda rast gəlməsi ilə xarakterizə olunan patologiyadır. Belə anormal yerləşən endometrium ətraf toxumalara sirayət edərək onları dağıdır. Endometroid hüceyrələr qan və limfa damarları ilə bütün orqanizmə yayılaraq istənilən orqana düşə bilər, məsələn, qarnın ön divarının dərialtı piy qatına, postoperasion çapığa, gözün selikli qişasına, göbəyə.
Endometrioz öz xarakterinə görə şiş sayılmır, çünki bu xəstəlik zamanı hüceyrələrin struktur dəyişikliyi olmur. Həkim, həmçinin bu xəstəliklə bağlı öz məsləhətlərini verib: "Ekstragenital endometrioz digər orqan və sistemləri –ağciyərlər, bağırsaqlar, göbək, əməliyyatsonrası çapıqlar, konyuktiva və s. zədələyir. Endometriozu olan pasient həddən artıq emosional və fiziki gərginliklərdən özünü qorumalıdır, normal qidalanmalıdır, davamlı olaraq ginekoloqda nəzarətdə olmalıdır. Endometriozu necə müalicə etmək lazımdır sualının cavabı xəstəliyin lokalizasiyasından, ağırlığından və bir çox digər faktorlardan asılıdır".

Похожие новости
{title
Yuxu yozmaları H hərfi
19-01-2024, 11:48
Комментарии (0)

Оставить комментарий