17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Çimərliklərdən uşaqlara virus yayılır? - Suçiçəyinə bənzəyir, lakin...

Çimərliklərdən uşaqlara virus yayılır? - Suçiçəyinə bənzəyir, lakin...

Çimərliklərdən uşaqlara viruslar düşür. Dəniz və hovuzdan sonra yüksək hərarət, suluqlu yaralar, halsızlqı və iştahsızlıqla pediatra müraciət edənlərin sayı artıb.

Bəs bu xəstəlik necə yayılıb? Onun əlamətləri nələrdir?

Lent.az-a danışan pediatr Qoşqar İsmayılov bildirib ki, infeksiya suçiçəyinə bənzəyir, lakin ondan əlamətlərinə görə fərqlənir:

"Hər il olduğu kimi bu il də çimərlik mövsümü açılanda hovuz və dənizdən 1-6 yaşlı uşaqlara infeksiyalar düşür. Bu hala son 3 ildə daha çox rast gəlmişik. İnfeksiyanın əlamətləri ovuclarda, ayaqların altında , ağız ətrafı və ağız içində vezikula populyoz səpkilərdir. Həmin səpkilərin fonunda uşaqda yüksək hərarət, iştahsızlıq və halsızlıq müşahidə olunur. Xüsusən ağız içindəki yaralar onlara yemək yeməyə əngəl törədir.

Bu infeksiyanın əsas törədiciləri koksaki A virusudur. Əvvəlcə suçiçəyinə bənzəyir, lakin o deyil. Uşaqlarda bu infeksiyanın əlamətləri görüləndə mütləq pediatra müraciət edilməli və dərhal antivirus peraparatları istifadə olunmalıdır".

Bəs çimərliklərdə infeksiya ilə bağlı monitorinqlər aparılırmı? Problem həllini necə tapacaq?

Lent.az-ın sorğusuna Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir:

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi

"Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Mərkəz tərəfindən monitorinqlər davam etdirilir: Monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir".




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница