AZAL-ın idarə rəisi vəfat etdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.
1980-ci il təvəllüdlü R.Haqverdiyev bu gün səhər saatlarında səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib.