Суббота
июл 23

Çəkiliş zamanı partlayış oldu - İsmailin üzü yandı

"49" filminin çəkilişi meydançasında dəhşətli qəza baş verib.
Filmdə meydançasında quraşdırılan partlayıcının planlaşdırılan vaxtdan tez işə düşməsi səbəbindən layihədə rol alan Türkiyənin məşhur aktyoru İsmail Hacıoğlu xəsarət alıb.
Uğurlu aktyorun üzündə yaralar və yanıqlar yaranıb. İ.Hacıoğluna təcili yardım maşınında ilkin tibbi yardım göstərilib.
Hazırda aktyorun Kilisdə hoteldə dincəldiyi bildirilir.(oxu.az)

Комментарии (0)

Оставить комментарий