17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Yastığınızın yanına limon qoysanız.... - Qəribə üsul

Yastığınızın yanına limon qoysanız.... - Qəribə üsul
Yastığınızın yanına limon qoysanız.... - Qəribə üsul


Limonun necə faydalı bitki olduğu hər kəsə məlumdur.

Bəs yatarkən yanınıza limon qoymağın faydasından xəbərdarsınızmı?

MAY.AZ medicina.az-a istinadən limonun xeyirlərindən bir neçəsini təqdim edir:

Stress bir çox insanın ümumi problemidir. Yataqda yuxuya gedə bilməməyinizə səbəb olur. Şkafın üzərinə limon qoysanız, gərginliyinizi alaraq sizə sakitlik bəxş edəcək. Araşdırmalara görə, limon qoxusu beyin dalğalarını və duyğularını rahatladır.

Limon bəlaya çevrilən, yatmağınıza mane olan ağcaqanadların ətrafınızda gecə boyu dolaşmasının, sizi dişləməsinin qarşısını alacaq. Limona batırılan mixək isə həm otaqda gözəl qoxunun yaranmasını təmin edəcək, həm də istənilməyən həşəratların sizdən uzaq durmasına kömək edəcək.

Səhərlər yuxudan oyanmaq bir çoxları üçün əzablı anlardır. Limonu baş ucunuza qoymaqla isə oyanma müddətini daha aza endirmiş olacaqsınız, həmçinin, səhər enerjinizin artdığını hiss edəcəksiniz.

Limon dilimləri otağın havasını da təmizləyir. Hətta otaqda olan boya qoxusunun tez zamanda çıxmasını istəyirsinizsə, bu, əla vasitədir.

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница