18:02 Uşaqlar arasında göyöskürək yayılıb 18:02 Bu qidalar qadınlarda yaddaşı zəiflədir - XƏBƏRDARLIQ 17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb

Uşaqların ömrünü uzatmaq valideyinlərdən asılıdır

Uşaqların ömrünü uzatmaq valideyinlərdən asılıdır
Uşaqların ömrünü uzatmaq valideyinlərdən asılıdır

Uşaqların ömrünü uzatmaq valideyinlərdən asılıdır Məşhur britaniyalı aşpaz Ceymi Oliver qeyd edir ki, valideynlər öz uşaqlarının ömrünü mürəkkəb fəndlərə əl atmadan 13 il uzada bilərlər. Sağlam qida sahəsi üzrə ekspertlər də onun dediklərinin doğruluğunu təsdiqləyiblər. Çoxlarına elə gəlir ki, uşaqlarda şirniyyata xüsusi hərislik var və həyatda həqiqətən də balacaların dondurma və konfetlərə böyük sevgisini göstərən kifayət qədər nümunə mövcuddur. Lakin C.Oliverin sözlərinə görə, bu heç də belə deyil. Yəni uşaqlar heç də şirin və yağlı qidadan istifadə üzrə proqramlaşmayıblar. Onun sözlərinə görə, bunu yadda saxlayaraq, valideynlər zərərli məhsullardan qaçmaqla «uşaqlar üçün cəlbedici olan sağlam qida» hazırlaya bilərlər. Məşhur aşpazın fikrincə, ilk növbədə, məktəblərin yaxınlığında qeyri-sağlam qidaların satışı qadağan edilməli, tərkibində şəkər olan məhsulların satışına isə əlavə vergi tətbiq edilməlidir. Dediklərini sübut etmək üçün mütəxəssis bu yaxınlarda mətbuatda dərc olunan sarsıdıcı rəqəmləri misal gətirir. Həmin rəqəmlərə görə, hər on uşaqdan biri ibtidai məktəbə daxil olarkən aşkar görünən piylənmədən əziyyət çəkir, uşaqlar 10-11 yaşlarında olarkən bu rəqəm artır və artıq hər beş nəfərdən biri piylənməyə mübtəla olur. Qidalanma üzrə ekspertlər ən sadə məhsullardan çox dadlı yeməklərin hazırlanmasının mümkün olduğunu deyən Ceymi Oliverin şərhləri ilə həmrəy olduqlarını bildiriblər. Onların sözlərinə görə, valideynlər ilk növbədə öz övladlarında piylənmənin inkişafına, daha sonra isə bu problemdən qaçmaqda onlara kömək etməyə görə məsuliyyət daşıyırlar. Britaniya mətbuatında dərc olunan ekspert açıqlamalarında deyilir: «Piylənmədən əziyyət çəkən uşaqların yuxarı yaşlarda daha piyli olacaqları ehtimalı böyükdür. Həmçinin onlar ürək xəstəliklərindən, 2-ci tip diabetdən, insult və xərçəngin bir neçə növündən əziyyət çəkəcəklər. Onlar, habelə sümük və oynaqlarla bağlı problemlərin inkişafı, yuxuda tənəffüsün dayanması ilə bağlı böyük riskə məruz qalacaqlar».

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница